05/10/2018 16:55

Hərbi Dəniz Qüvvələri komanda-qərargah təlimi keçirir

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Hərbi Dəniz Qüvvələri komanda-qərargah təlimi keçirir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumt verilib.

Hərbi dənizçilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim zamanı qərargahlarda Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi üzrə gəmi taktiki qrupların qarşılıqlı fəaliyyətlərinin planlaşdırılması həyata keçirilir və gəmilərin tam döyüşə hazırolma dərəcəsinə gətirilməsi üzrə qərarlar qəbul edilir.