31/12/2015 13:10

Hərbi Dəniz Qüvvələrində “açıq qapı” günü keçirilib – FOTOLAR

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə “Açıq qapı” günü təşkil olunub.

“AzeriDefence”nin məlumatına görə, Silahlı Qüvvələrin bütün qoşun növlərində olduğu kimi Hərbi Dəniz Qüvvələri (HDQ) də qapılarını ictimaiyyətə açıb.

Bu gün səhər saatlarında HDQ-nin yeni hərbi bazasına gələn valideynləri öncə HDQ-nin rəhbərliyi qarşılayıb. Tədbirdə valideynlərlə yanaşı ictimai təşkilatların nümayəndələri və müharibə veteranları da iştirak ediblər.

Əvvəlcə valideynlər və HDQ rəhbərliyi hərbi bazanın meydanında ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Daha sonra valideynləri və ictimaiyyət nümayəndələrini salamlayan HDQ komandanı vəzifəsini icra edən, qərargah rəisi I dərəcəli kapitan Şahin Məmmədov bildirib ki, “Açıq qapı” günü Silahlı Qüvvələrlə ictimaiyyət arasında körpü rolunu oynayır.

Komandan əlavə edib ki, 2015-ci il Silahlı Qüvvələrimiz, xüsusən də HDQ üçün uğurlu olub.

Ş. Məmmədov qeyd edib ki, bu ilin iyunun 25-də prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən HDQ üçün yeni bazası istifadəyə verilib. Burada şəxsi heyətin yaşaması və xidmət etməsi üçün hər cür şərait yaradılıb və bu tədbirlər növbəti mərhələdə də davam etdiriləcək.

Daha sonra valideynlər HDQ-nin şəxsi heyətinin təminatı, istifadəsində yer alan silah və sursatlarla tanış olub, HDQ dəniz piyadaların nümunəvi çıxışlarını izləyiblər. Bundan sonra valideynlər kazarmalara baş çəkərək əsgərlərin yaşayış yeri, onlar üçün yaradılan şəraitlə yerində tanış olublar.

Bundan başqa valideynləri maraqlandıran suallara da cavablar verilib. Mərasim çərçivəsində konsert proqramı da təşkil olunub.

Kazarmalarla tanışlıqdan sonra isə valideynlər və ictimaiyyət nümayəndələri hərbçilərlə bir yerdə nahar ediblər.

1 (1)

1 (2)

1 (3)

1 (4)

1 (5)

1 (6)

1 (7)

1 (8)

1 (9)

1 (10)

1 (11)

1 (12)

1 (13)

1 (14)

1 (15)

1 (16)

1 (17)

1 (18)

1 (19)

1 (20)

1 (21)

1 (22)

1 (23)

1 (24)

1 (25)

1 (26)

1 (27)

1 (28)

1 (29)

1 (30)