22/02/2018 11:27

Hərbi Dəniz Qüvvələrində vahid əlaqələndirmə qrupunun görüşü keçirilib

Dənizdə qarşılıqlı fəaliyyət üzrə komanda və nəzarətin müəyyən edilməsi, eləcə də vahid əlaqələndirmə prosesinin icrası məqsədilə yaradılmış işçi qrupun görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dəniz Təhlükəsizliyi Strategiyası”nın tələblərinə əsasən dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətin təmin olunması məqsədilə yaradılan qrupun işinə HDQ-nin komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Zaur Hümmətov rəhbərlik edib.

Görüşdə dəniz təhlükəsizliyinin təmin olunmasının əsas aspektləri və bir sıra digər məsələlər müzakirə olunub.