03/10/2018 17:22

Hərbi dənizçilərlə Hərbi Prokurorluq nümayəndələrinin görüşü keçirilib

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan 2018-ci il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə hərbi qulluqçulara qarşılıqlı davranış qaydaları və münasibətlərin nizamnamənin tələblərinə uyğun qurulması barədə brifinq təqdim olunub. Sonda görüş iştirakçıları mövzu ilə əlaqəli aktual məsələləri müzakirə edib və bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.