10/11/2017 19:19

Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə Döyüş Bayrağı təqdim olunub – FOTO

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissəsinə Döyüş Bayrağının təqdim olunması münasibətilə mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, tədbirdə Müdafiə Nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov iştirak edib.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra HHQ komandanı əlamətdar gün münasibəti ilə müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb.

Sonra ölkə prezidentinin müvafiq təqdimatı ilə verilən Döyüş Bayrağı hərbi hissənin komandirinə təqdim olunub. Azərbaycanın Dövlət himni səsləndirilib.

Təntənəli keçidlə Döyüş Bayrağı sıra meydanından aparıldıqdan sonra mərasim sona çatıb.