06/10/2018 14:10

Hərbi liseydə Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Cəmşid Naxçıvanski adına Hərbi liseydə Beynəlxalq Müəllimlər Günü qeyd edilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müəllim və kursant heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə Hərbi liseyin rəisi general-mayor Bəkir Orucov Beynəlxalq Müəllimlər Günü münasibətilə pedaqoji kollektivi təbrik edib.

Hərbi liseyin bir qrup müəllimi kursantların vətənpərvərlik ruhunda tərbiyə olunmasında əldə etdiyi nailiyyətlərə, şərəfli peşə borcunu layiqincə yerinə yetirdiyinə görə rəhbərlik adından təşəkkür və fəxri fərmanlarla təltif olunub.