28/12/2017 13:58

Hərbi liseydə ilin yekununa dair tədbir keçirilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “2017-ci ilin yekunları və Müdafiə nazirinin geniş kollegiya iclasında qarşıya qoyduğu tapşırıqlar” mövzusunda müşavirə keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərbi məktəbin cari ildə fəaliyyəti haqqında məruzə ilə çıxış edən liseyin rəisi müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2017-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında 2018-ci tədris ili üçün qoyduğu tapşırıq və tövsiyyələri şəxsi heyətin diqqətinə çatdırıb.

Sonda müdafiə nazirinin “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il” münasibətilə təbriki və hərbi liseyin şəxsi heyətinin mükafatlandırılması haqqında əmri çatdırılaraq bir qrup hərbi qulluqçu və mülki işçilərə xidmətdə, tədrisdə qazandıqları nailiyyətlərə görə mükafatlar təqdim olunub.