25/06/2018 13:59

Hərbi paradda bir sıra ölkələrdən yüksək rütbəli ordu rəsmiləri iştirak edəcək

Azərbaycan Ordusunun yaranmasının 100-cü yubiley ildönümü mərasimində Azərbycanın hərbi sahədə əməkdaşlıq etdiyi bir sıra ölkələrdən yüksək rütbəli ordu rəsmilərinin iştirakı planlaşdırılır.

“AzeriDefence”nin əldə etdiyi eksklüziv məlumatlara görə, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akar tədbirdə iştirak etmək üçün Bakıya gələcək. Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatı Azərbaycanda səfərdədir. Bundan başqa İran Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin nümayəndə heyəti də Bakıda səfərdədir. İran müdafiə nazirinin müavini, general-mayor Əmir Səccid Mahmudi Şeyx Həsəninin rəhbərlik etdiyi nümayəndə heyətinin sabah Bakıda keçiriləcək hərbi paradda iştirakı və bir sıra görüşləri nəzərdə tutulub.

Bundan başqa Rusiyadan və digər ölkələrdən də yüksək rütbəli nümayəndə heyətlərinin Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək hərbi paradda iştirakı planlaşdırılır.