15/02/2018 12:39

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları – VİDEO

“AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydalarını təqdim edir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2018/2019-cu tədris ili üçün kursant qəbulu qaydaları

ÜMUMİ MÜDDƏALAR:

Tədris dili: Azərbaycan dili

Təhsil forması: əyani

Təhsil müddəti: 4 il

İxtisas bölgüsü: 1-ci kursun əvvəlində

Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş, 15 sentyabr 2018-ci ilə qədər 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 127 AZN məbləğində müavinət alırlar. Təhsili və fərdi intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə qanuna müvafiq qaydada əlavələr edilir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarına hərbi ixtisaslarla yanaşı müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.

SƏNƏDLƏRİN QƏBULU:

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmaq istəyən namizədlər 1 aprel 2018-ci il tarixdən ərizə ilə məktəbin rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);

– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün arayış);

– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);

– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);

– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;

– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;

– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 2 ədəd 3×4 sm ölçüdə və 2 ədəd 4.5×6 sm ölçüdə;

– məhkumluğu barədə arayış;

– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;

– sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;

– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;

– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;

– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;

– sidiyin ümumi analizi;

– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Məktəbə “Təyyarəçilik” ixtisası üzrə daxil olmaq istəyənlər yuxarıda göstərilmiş sənədlərdən əlavə olaraq nə­cisdə helmintlərin yumurtalarının və lyambliyaların sistlərinin müayinəsinə dair tibbi sənəd də təqdim etməlidirlər.

Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim edilir.

ALİ HƏRBİ MƏKTƏBƏ QƏBUL İKİ MƏRHƏLƏDƏ HƏYATA KEÇİRİLİR:

Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.

Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasından Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.

Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

– Azərbaycan dili;

– riyaziyyat;

– fizika;

– kimya;

– xarici dil.

Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı əsasında qəbul edilirlər.

QEYD: Təhsil haqqında sənəd təqdim etməyən namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarına buraxılmırlar.

Sənədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində qəbul olunur

(ünvan: Bakı şəhəri, Admiral Naximov küçəsi, 18. Əlaqə telefonu: 479‑78-40).

Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 544-00-15, 544-00-16).

Test imtahanının keçirilmə tarixi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN Hərbi Tibb Fakültəsinə Hərbi həkim işi ixtisası  üzrə 2018/2019-cu tədris ili üçün qəbul qaydaları

ÜMUMİ MÜDDƏALAR:

Tədris dili: Azərbaycan dili

Təhsil forması: əyani

Təhsil müddəti: 6 il

Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş, 15 sentyabr 2018-ci ilə qədər 16 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər. Hərbi Tibb Fakültəsinə qəbul olan şəxslər ödənişsiz əsaslarla təhsil alırlar.

SƏNƏDLƏRİN QƏBULU:

Hərbi həkim işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 1 aprel 2018-ci il tarixdən ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);

– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün arayış);

– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);

– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);

– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;

– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;

– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 2 ədəd 3×4 sm ölçüdə və 2 ədəd 4.5×6 sm ölçüdə;

– məhkumluğu barədə arayış;

– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;

– sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;

– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;

– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;

– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;

– sidiyin ümumi analizi;

– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim edilir.

Qeyd: Namizədlər hər hansı səbəbdən Hərbi Tibb Fakültəsində təhsil almaqdan imtina etdikləri halda, Azərbaycan Tibb Universitetindən xaric ediləcəkləri barədə öhdəlik götürürlər.

III. HƏRBİ TİBB FAKÜLTƏSİNƏ QƏBUL İKİ MƏRHƏLƏDƏ HƏYATA KEÇİRİLİR:

Namizədlər Hərbi Tibb Fakültəsində hərbi həkim komissiyasından keçməlidirlər.

Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasından Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.

Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.

Hərbi həkim işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən IV ixtisas qrupu üzrə test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

– Azərbaycan dili;

– biologiya;

– kimya;

– fizika;

– riyaziyyat.

Namizədlər Hərbi Tibb Fakültəsinə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı əsasında qəbul edilirlər.

Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində qəbul olunur (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 541-13-36).

Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) təqdim edirlər. Əlaqə telefonu 544-00-15, 544-00-16).

Test imtahanının keçirilmə tarixi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN Hərbi Tibb Fakültəsinə Hərbi feldşer işi ixtisası üzrə 2018/2019-cu tədris ili üçün qəbul qaydaları

ÜMUMİ MÜDDƏALAR:

Tədris dili: Azərbaycan dili

Təhsil forması: əyani

Təhsil müddəti: 2 il

Yaş həddi: Cari ildə mülki ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş, 15 sentyabr 2018-ci ilə qədər 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan, habelə müddətli həqiqi hərbi xidmət keçmiş 23 yaşına qədər hərbi vəzifəli Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları qəbul edilirlər.

Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olan şəxslər təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 165 AZN məbləğində müavinət alırlar.

SƏNƏDLƏRİN QƏBULU:

Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul olmaq istəyən namizədlər 1 aprel 2018-ci il tarixdən ərizə ilə Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

– şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);

– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün arayış);

– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda);

– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda);

– oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə;

– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış;

– 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 2 ədəd 3×4 sm ölçüdə və 2 ədəd 4.5×6 sm ölçüdə;

– məhkumluğu barədə arayış;

– 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq əri­zələri;

– sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;

– qanın ümumi analizi, qan qrupu və rezus-faktor;

– qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri;

– qanın hepatit C və hepatit B-yə dair müayinələrinin nəticələri;

– sidiyin ümumi analizi;

– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim edilir.

III. HƏRBİ FELDŞER İŞİ İXTİSASI ÜZRƏ HƏRBİ TİBB FAKÜLTƏSİNƏ QƏBUL İKİ MƏRHƏLƏDƏ HƏYATA KEÇİRİLİR:

Namizədlər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi həkim komissiyasından keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.

Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasından Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.

Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.

Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılır.

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

– Azərbaycan dili;

– kimya.

Sənədlər Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində qəbul olunur

(ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 541-13-36).

Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu 544-00-15, 544-00-16).

Test imtahanının keçirilmə tarixi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.