02/10/2019 16:07

Hərbi qulluqçulara pul əvəzinə natural ərzaq verilməsinə başlanılıb

Azərbaycan Ordusunda və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrdə xidmət edən hərbi qulluqçulara pul əvəzinə natural ərzaq verilməsinə başlanılıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Pul əvəzinə natural ərzağın verilməsi könüllü olduğundan bəzi hərbi qulluqçular bu prosesə öz arzusu ilə qoşulublar.

Kampaniyanın həyata keçirilməsi məqsədilə Müdafiə Nazirliyinin hərbi hissələrindən birində hərbi qulluqçulara pul əvəzinə natural ərzağın paylanmasına start verilib.