04/10/2019 15:16

Hərbi qulluqçuların bir hissəsi ehtiyata buraxılıb

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hissələrdə tədbirlər həyata keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərdə xidmət müddətində fərqlənmiş və nailiyyətlər əldə etmiş hərbi qulluqçulara mükafatlar təqdim edilir.