23/02/2018 13:10

Hərbi qulluqçuların hüquqi bilikləri təkmilləşdirilir

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində “Hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun qurulması ən vacib vəzifələrdən biridir” mövzusunda tədbir keçirilib.

Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Tədbir Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi sahəsində Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan birgə tədbirlər planına əsasən keçirilib.

Görüşdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər həyata keçirilib, müxtəlif mövzularda mühazirələr oxunub.