31/01/2018 14:45

“Hərbi qulluqçuların statusu haqqında” qanun yenidən hazırlanıb

“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi yenidən hazırlanıb.

“AzeriDefence”nin APA-ya istinadən verdiyi məlumatına görə, layihədə hərbi qulluqçuların sosial, hüquqi, digər statusları, məsuliyyətləri və s. məsələlər təsnif olunacaq.

Qanun layihəsində hərbi qulluqçuların sosial statusu ilə bağlı yeniliklər də nəzərdə tutulur. Sənədin yaxın vaxtlarda Milli Məclisə daxil olması gözlənilir.

Qeyd edək ki, qanun layihəsinin 2013-cü ildə müzakirəyə çıxarılması nəzərdə tutulsa da, müvafiq qurumların rəyi verməməsi səbəbindən müzakirəsi təxirə düşmüşdü.

Bundan başqa, “Sərhəd Qoşunları haqqında” qanun da yenidən hazırlanır. Yeni qanun layihəsi üzərində iş başa çatmaq üzrədir. Qanun layihəsində Sərhəd Qoşunlarının xidməti və funksiyası ilə bağlı müddəalar yenilənir. Hazırkı “Sərhəd Qoşunları haqqında” qanun 1994-cü ildə qəbul olunub.