23/09/2019 14:42

Hərbi sahədən yazan jurnalistlər cəbhəyanı zonada olublar – FOTOLAR

“Dinc Dünya” Araşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən Konfilikt Jurnalistikası Məktəbinin (KJM) təşəbbüsü ilə hərbi sahədən yazan bir qrup jurnalist sentyabrın 21 və 22-də cəbhəyanı rayonlara səfər ediblər.

“AzeriDefence”nin məlumatına görə, jurnalistlər əvvəlcə Xocavənddə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşüblər.

Xocavənd Rayon İcra Hakimiyyətində təşkil edilmiş görüş zamanı Eyvaz Hüseynov Azərbaycan ilə Ermənistan arasında baş vermiş Dağlıq Qarabağ münaqişəsinin yaranması, Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı törədilmiş erməni vəhşiliyindən, münaqişənin müharibəyə çevrilməsi mərhələlərindən, həmçinin müharibə illərindən danışıb. Sonra icra başçısı mövzu ətrafında jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Daha sonra jurnalistlər ön xəttə yerləşən hərbi hissə ilə tanış olublar.

Səfər çərçivəsində Ağdam rayonunda olan hərbidən yazan jurnalistlər cəbhəyanı kəndlərdə əhalinin yaşayışı, rayon ərazisində aparılan tikinti-quruculuq işləri ilə tanış olub, Mahrızlı kəndində yerləşən Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyini ziyarət ediblər.