21/05/2018 16:50

Hərbi topoqrofların hərbi-elmi konfransı keçirilib

2018-ci ilin elmi iş planına uyğun olaraq “Müasir silah və hərbi texnikanın idarəetmə sistemlərində rəqəmli topoqrafik və dəniz naviqasiya xəritələrinin tətbiqi” mövzusunda hərbi-elmi konfrans keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Konfransda birlik, birləşmələrin topoqrafiya və hidroqrafiya xidmət rəisləri, xüsusi təyinatlı təhsil müəssisələrində hərbi topoqrafiya fənnini tədris edən müəllimlər iştirak ediblər.

Tədbirdə topoqrafik və dəniz naviqasiya xəritələrinin müasir standartları, onların əhəmiyyəti, hazırlanması və istifadəsi, müasir silah və hərbi texnikanın idarəetmə sistemlərində rəqəmli xəritələrin tətbiqi mövzuları ətrafında müzakirələr aparılıb.