16/12/2017 15:08

Hərbi tribunallarda xidmət etmiş hərbi qulluqçulara istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın verilməsi qaydası dəyişdirilib

Azərbaycan Nazirlər Kabineti “1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” qərarında əlavə və dəyişiklik edib.

Bu barədə “AzeriDefence”yə Nazirlər Kabinetindən məlumat verilib.

Əlavə və dəyişikliklərə əsasən hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinə və onların aparatlarında xidmət etmiş və oradan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ödənilməlidir.