04/12/2018 13:50

Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydalar təsdiqlənib

Azərbaycanda hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydalar təsdiq edilib.

“AzeriDefence”nin Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarda bildirilir ki, “Telekommunikasiya haqqında” Azərbaycanın qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 1 may tarixli qanununun tətbiqi və “Telekommunikasiya haqqında” qanununun tətbiq edilməsi barədə Azərbaycan Prezidentinin 2005-ci il 9 avqust tarixli fərmanında dəyişiklik edilməsi haqqında Prezidentin 2018-ci il 25 iyun tarixli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti “Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ı təsdiq edib.

Hərbi vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydalar