30/04/2019 03:07

Heydər Əliyev adına AAHM-nin kursantları Beynəlxalq Dənizçilik Yarışına qatılıblar

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) hərbi dənizçilik fakültəsinin kursantları Türkiyənin İstanbul şəhərində keçirilən XXI Beynəlxalq Dənizçilik Yarışına qatılıblar.

“AzeriDefence”nin məlumatına görə, aprelin 29-da başlamış yarışlar may ayının 4-dək davam edəcək.

Yarışmada AAHM-in hərbi dənizçilik fakültəsinin 6 kursantı iştirak edir.

Qeyd edək ki, AAHM hərbi dənizçilik fakültəsinin kursantları davamlı olaraq adıçəkilən beynəlxalq yarışda iştirak edirlər.