17/10/2018 13:34

HHM bölmələri döyüş atışları icra ediblər – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində hava hücumundan müdafiə (HHM) bölmələrinin taktiki təlimləri keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərdə HHM bölmələri OSA zenit-raket komplekslərindən döyüş atışları icra ediblər.