19/09/2017 09:52

HHM qoşunları bölmələrinin birində növbəti yaşayış kompleksi istifadəyə verilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələrinin birində yeni inşa edilmiş növbəti yaşayış kompleksinin açılışında iştirak edib, hərbi qulluqçular üçün yaradılmış şəraitlə maraqlanıblar.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi həmçinin ərazidəki əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarları, qazanxana eləcə də digər xidməti və inzibati obyektlərlə tanış olub.

Sonra Müdafiə naziri mövqelərdə olan döyüş texnikasına baxış keçirib, mühüm dövlət və hərbi obyektlərin hava zərbələrindən müdafiəsi məqsədilə qoşunların fəaliyyəti və digər məsələlərlə bağlı şəxsi heyət qarşısında müvafiq tapşırıqlar qoyub.