15/02/2018 13:10

HHQ-nin hərbi hissəsinin 26-cı ildönümü qeyd olunub

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ)  “N” nömrəli hərbi hissəsinin 26-cı ildönümünə həsr olunmuş mərasim keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbat xidmətindən məlumat verilib.

Tədbirdə ümummilli lideri Heydər Əliyevin və azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından şəxsi heyəti əlamətdar gün münasibəti ilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb.

General-leytenant R.Tahirov mərasimdə çıxışında dövlət rəhbərliyinin Azərbaycan Ordusuna, o cümlədən HHQ-nə göstərilən diqqət və qayğısı sayəsində şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, aviabazaların maddi-texniki təminatının gücləndirilməsi, uçuş və texniki heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Daha sonra çıxış edənlər son illər Azərbaycanın ordu quruculuğu sahəsində həyata keçirilən islahatları qeyd edərək hərbi pilotların torpaqlarımız uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrini xatırlayıblar.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.