16/05/2019 21:53

HHQ-nin hissə və bölmələrinin döyüş hazırlığı yoxlanılıb – VİDEO

2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) hissə və bölmələri arasında “Ən yaxşı heyət” və “Ən yaxşı kiçik mütəxəssis” adı uğrunda yarışlar keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qoşunların silahlanmasında olan müxtəlif döyüş texnikasının heyət və ekipajlarının cəlb olunduğu yarışlarda şəxsi heyətin döyüş tapşırıqlarını yerinə yetirməsi üzrə nəzəri bilikləri, praktiki vərdişləri  və fiziki hazırlıqları yoxlanılıb.

Sonda normativləri yüksək səviyyədə yerinə yetirən heyətlər komandanlıq tərəfindən mükafatlandırılıb.