07/02/2018 16:23

Hindistan “Agni-I” ballistik raketin sınağını keçirib

Hindistan Ordusu “Agni-I” ballistik raketin sınağını keçirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərər görə, ballistik raket Orissa ştatının Abdul Kalam adasındakı paliqondan buraxılıb. Hindistan Silahlı Qüvvələrinin açıqlamasına görə, raketin sınaqları müvəffəqiyyətlə tamamlanıb.

Xatırladaq ki, Hindistan 2002-ci ildə yaradılan “Agni-I” ballistik raketin testlərini sonuncu dəfə 2016-cı ilin iyununda keçirib.

12 ton çəkisi və 15 metr uzunluğunda olan “Agni-I” raketi nüvə başlığı daşımağa qadirdi. Raket 700 kilometr məsafəyə qədər hədəfləri məhv etmək gücündədir.