17/02/2017 17:23

Hindistan döyüş təyyarələri mühərriki istehsalına başlayıb

Hindistanda Su-30MKİ döyüş təyyarələri üçün mühərrik yaradılması prosesinə başlanılıb.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə məlumat Rusiyanın Birləşmiş Mühərrikqayırma Korporasiyasının (orjinal adı: Объединенной двигателестроительной корпорация – ОДК) mətbuat xidmətindən verilən açıqlamada bildirilib.

Mühərriklərin yaradılma prosesi “Hindustan Aeronautics Limited” (HAL) şirkətində həyata keçirilib.

AL-31FP tipli mühərriklər Rusiya lisenziyası əsasında yaradılıb.

Məlumatda o da qeyd olunub ki, hazırda Hindistan Hərbi Hava Qüvvələrinin istismarında 220 Su-30MKİ döyüş təyyarəsi mövcuddur.