14/11/2017 13:59

Hindistan HHQ yerli istehsal olan “Tejas” döyüş təyyarəsindən imtina elədi

Hindinstan Hərbi Hava Qüvvələri (APA) “Hindustan Aeronautics Limited” istehsalı olan “Tejas” döyüş təyyarəsinə artıq güvənmədiklərini açıqlayıb.

“AzeriDefence” xəbər verir ki, bu haqda Hindistanın “India Today” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, “Tejas” Hindistan Hərbi Hava Qüvvələrində yer alan digər döyüş təyyarələrindən geridə qalır. Nümunə olaraq, İsveçin JAS-39 “Gripen” və ABŞ-ın F-16 qırıcıları göstərilib. Həmçinin Hərbi Hava Qüvvələrindən bildirilib ki, “Tejas” Hindistanın hava məkanını qorumaq iqtidarında deyil. “Tejas” döyüş təyyarəsinin saxlanılma xərcləri digərlərindən daha baha başa gəlir.

Hindistan təxminən bir ildir ki, yerli istehsalı dəstəkləmək üçün “made in India” kampaniyasına dəstək veririb. Tək mühərrikli təyyarə hazırlanması ideyasının “Tejas” üzərində aparılmasını istəsələrdə, Hərbi Hava Qüvvələrində bunun məhz həmin döyüş təyyarəsinə uyğun olmadığı söylənilib.

Hindinstanın Hərbi Hava Qüvvələrinin verdiyi məlumata görə, “Tejas” müharibə şəraitində ən çox 59 dəqiqə havada qalır. Halbuki “Gripen” 3 saat, F-16 təqribən 4 saat döyüş şəraitində qala bilir. “Tejas”in faydalı yükdaşıma qabiliyyəti 3 ton ilə məhdudlaşarkən, “Gripen” 6 ton, F-16 7 ton faydalı yüklə havaya qalxa bilir. Bundan başqa, “Tejas” təxminən 1 saat havada qaldıqdan sonra 20 saat müddətində baxım tələb edir. Lakin “Gripen”də bu müddət 6 saat, F-16-da isə 3.5 saat təşkil edir. Daha bir mənfi cəhət isə F-16 və “Gripen” döyüş təyyarələri 40 il müddətində xidmət edə bildiyi halda, “Tejas”ın istismar müddəti 20 il təşkil edir.

Qeyd edək ki, Hindistan Silahlı Qüvvələrin avasiya parkında yer alan Rusiaynın MiQ-21 döyüş təyyarələrinin əvəzlənməsi üçün 123 ədəd “Tejas” sifariş vermişdir. Bu açıqlamalardan sonra “Tejas”ın yerinə hansı döyüş təyyarələrinin gələcəyi bəlli deyil.