17/02/2017 12:19

Hindistanın milli döyüş təyyarəsinin texniki xüsusiyyətləri məlum olub – FOTO

Hindistan Aviasiya Agentliyi (Hindustan Aeronautics Limited)  tərəfindən yaradılmasına başlanılan ilk milli döyüş təyyarəsinin sınaqlarına 2030-cu ildə başlanıla bilər.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, perspektiv döyüş təyyarəsi AMCA (Advanced Medium Combat Aircraft) adlandırılıb.

Təyyarənin tam ölçülü maket-konstruksiyasına artıq başlanılıb. 2017-ci ilin sonlarında bu maketin hazır olacağı nəzərdə tutulub.

AMCA-nın uzunluğu 17,2 metr, qanadları ilə bərabər eni 11,8 metr olacaq. Təyyarə yüklü vəziyyətdə çəkisi 36 ton olacağı nəzərdə tutulub. Bu çəkidə AMCA saatda 2,7 min km sürət toplaya biləcək. AMCA-nın döyüş radiusu 1000 km təşkil edəcək.

Təyyarənin arsenalına 30 mm-lik top, o cümlədən müxtəlif tipli raket və bombalar daxil ediləcək. AMCA sursat ambarında 4 ton bomba daşıya biləcək.

Bundan başqa məlum olub ki, Hindistan milli döyüş təyyarəsinin yaradılması işində Rusiyanın “Suxoy” dövlət şirkəti ilə də əməkdaşlıq edəcək.

Bu barədə məlumatı isə “Rostex” dövlət şirkətinin beynəlxalq əməkdaşlıq üzrə direktoru Viktor Kladov verib.