29/01/2016 12:21

Hindistan Rusiya istehsalı olan təyyarədən imtina edə bilər

Hindistan Rusiya istehsalı olan hava gəmisi əvəzinə Fransadan A-330 MRTT təyyarəsini ala bilər.

“AzeriDefence” “Times of India”ya istinadən xəbər verir ki, ötən il Hindistan hökuməti A-330 MRTT yanacaqdoldurma təyyarəsinin alınması üçün “Airbus” şirkəti ilə 2 milyard dollar məbləğində razılaşma əldə etsə də sonradan bu qərar dəyişdirilib.

Hökumət A-330-un analoqu olan Rusiya istehsalı olan İl-78 təyyarəsini alacağını bəyan edib.

Bu yaxınlarda isə Hindistan Hərbi Hava Qüvvələri (HHQ) yanacaqdoldurma təyyarəsinin alınması proqramında dəyişikliyin edilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib. HHQ müraciətində A-330-a üstünlük verdiklərini bildirib.