25/12/2012 13:30

Hindistan Rusiyadan 42 döyüş təyyarəsi və 71 helikopter alır

Hindistan Rusiyadan yeni döyüş təyyarələri və helikopterlər alır. “AzeriDefence”nin məlumatına görə, bu gün Dehlidə Hindistan və Rusiya arasında bir neçə alğı-satqı müqaviləsi imzalanıb.

İmzalanmış birinci müqaviləyə uyğun olaraq Hindistanın Müdafiə Nazirliyi Rusiyadan 42 ədəd Su-30MKİ tipli döyüş təyyarəsi satın alacaq. Bu təyyarələrinin 13350 komponentinin Hindistan müəssisələrində istehsal edilməsi nəzərdə tutulur.

Başqa bir yeni müqavilə isə Hindistan Müdafiə Nazirliyinə 71 ədəd Mi-17V1 tipli helikopterlərin çatdırılması ilə bağlıdır. Müqavilənin qiyməti 1,3 milyard dollar təşkil edir.