14/02/2017 16:19

Hindistan Rusiyanın döyüş təyyarəsini almaqdan niyə imtina etdi?

Rusiyanın T-50 PAK FA  döyüş təyyarəsinin texniki imkanları Hindistanı qane etməyib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, artıq uzun müddətdir Rusiya yeni döyüş təyyarəsi olan T-50 PAK FA-nin Hindistana satışını həyata keçirmək istəyir. Lakin proses artıq bir neçə ildir sınaq mərhələsindən irəli getmir.

Hindistan mediasının yaydığı xəbərdə isə prosesin uzanmasının səbəbi açıqlanıb.

Məlumatda qeyd olunub ki, Hindistanın hərbi qurumları tərəfindən test edilən T-50-nin mühərriki özünü qənaətbəxş göstərməyib.

Hindistanlı hərbçi-ekspertlər deyiblər ki, mühərrik uçuş zamanı təyyarənin sürətinin artırılmasına zamanında reaksiya vermir. Nəticədə pilot “forsaj”dan istifadə etməli olur. Bu isə təyyarənin manevr imkanlarına təsir edir.

Hindistan tərəfi mühərrikdə müəyyən dəyişikliklərin aparılmasının əhəmiyyətini Rusiya tərəfinə çatdırıblar.

Xəbərdə o da bildirilib ki, Hindistan hazırda 120-130 bu tip döyüş təyyarəsinə ehtiyac duyur.