31/03/2012 05:25

Hindistan “Yaquar” döyüş təyyarələrinin imkanlarını genişləndirir

“Raytheon” şirkəti Hindistan Hərbi Hava Qüvvələrində (HHQ) mövcud olan “Yaquar” təyyarələrinin yeni komponentlərlə modernləşdirilməsi məqsədilə işlərə başlayıb.

“AzeriDegence”nin məlumatına görə, modernləşdirilmə prosesi 126 təyyarə üzərində aparılacaq. Təyyarələrdə əsas dəyişiklik silahın idarə olunması sisteminin quraşdırılması olacaq. “Munitions Control Unit” (MCU) tərəfindən quraşdırılacaq yeni sistem, köhnə təyyarələrə müasir silahların inteqrasiyası prosesini reallaşdırmağa kömək edəcək.

Həyata keçiriləcək bu proqram sayəsində MCU Hindistan “Yaquar”larına ağıllı və idarə olunan silah sistemi formalaşdırılacaq. Hindistan HHQ-dən bildirilib ki, modernləşmədən sonra “Yaquar” Maverick və AIM-9M Sidewinder raketləri ilə təchiz ediləcək.

Modernləşməyə dair müqavilə 2011-ci ildə bağlanıb.