08/02/2014 12:41

Hindistan yeni özüyeriyən haubitsasın nümayişə çıxarıb

Hindistan yerli müəssisədə hazırlanmış 130 mm çaplı “Catapult Mk.2” özüyeriyən artilleriya sistemini bu gün Nyu-Dehlidə açılan “Defexspo İndia-2014” sərgisində ilk dəfə beynəlxalq nümayişə çıxarıb. Bu barədə “AzeriDefence” xarici hərbi mediaya istinadən məlumat verib.

Yeni haubitsa Rusiyanın M-46 yedəkdə daşınan topu ilə “Arjun” tankının şassisinin kombinasiyası nəticəsində yaradılıb. “Renk” transmissiyası ilə təchiz olunmuş özüyeriyən haubitsanın çəkisi 54 ton təşkil edir.

Habuitsanın ilk sınaqları 2012-ci ilin noyabr ayında keçirilib. Sistem GPS naviqasiya qəbuledicisi və gecə görmə cihazları ilə təchiz olunub.

Hindistan KİV-nin məlumatına görə, “Catapult Mk.2” haubitsasının maksimal atış uzaqlığı 27.4 kilometr təşkil edir.