31/08/2017 14:52

Hindistan yüngül çəkili LHC döyüş helikopterlərinin seriyalı istehsalına başlayıb

Hindistanın ” Hindustan Aeronautics Limited ” (HAL) şirkəti yüngül çəkili LHC döyüş helikopterlərinin seriyalı istehsalına başlayıb.

“AzeriDefence” “Defense Aerospace”ə istinadən xəbər verir ki, Hindistan Müdafiə Nazirliyi HAL şirkətinə Hərbi Hava Qüvvələrinin və Quru Qoşunlarının ehtiyaclarını qarçılamaq üçün 179 ədəd yüngül çəkili LHC döyüş helikopteri sifariş verib.

LHC-nin xüsusilə yüksək hündürlük üçün tətbiqi nəzərdə tutulub. Helikopterin uzunluğu 15,8 metr, maksimum uçuş çəkisi 5,8 ton, uçuş hündürlüyü 6500 metr təşkil edir. Makimum sürəti 330 km/saat, uçuş məsafəsi 550 kilometrdir.

Hind helikopteri 20 mm-lik top ilə silahlandırılıb. Həmçinin raket və bombalar üçün dörd asma nöqtəsilə təchiz olunub.

Hindistan Müdafiə Nazirliyinin planına əsasən, yüngül çəkili LHC döyüş helikopterlərinin ilk partiyası 2018-ci ildə silahlanmaya qəbul edilməlidir.