27/12/2018 13:30

Hipersəsli “Avanqard” raket kompleksinin ilk sınağı – VİDEO

Rusiya ordusu hipersəsli döyüş bloku ilə təchiz edilmiş “Avanqard” raket kompleksinin sınağını keçirib.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib. Rusiya prezidenti Vladimir Putin şəxsən raket kompleksinin start komandasını verib.

“Avanqard” raketi Kamçatka yarımadasında Kura poliqonunda hədəfi dəqiliklə vurub və sınaq uğurla nəticələnib. Perspektivli strateji raket kompleksi olan “Avanqard” atmosferin sıx qatlarında hipersəsli sürətlə qitələrarası məsafəni qət edə bilir. “Avanqard”ın qanadlı bloku trayektoriyadan 1000 kilometr ayrılaraq manevr həyata keçirmək qabiliyyətinə malikdir ki, bu da onu istənilən növ raket əleyhinə sistemlər üçün görünməz edir.

“Avanqard” raket kompleksinin 2019-ci ildə ordunun silahlanmasına daxil olacağı planlaşdırılır.