02/10/2015 10:15

HP-7.62 –Azərbaycanın milli hücum pulemyotu – FOTOLAR

Azərbaycan mühəndisləri tərəfindən yaradılmış 7.62×54 mm çaplı HP-7.62 hücum pulemyotu ilk dəfə 2012-ci ilin sonlarında ictimaiyyətə təqdim olunub.

“AzeriDefence”nin məlumatına görə, ilk dəfə beynəlxalq səviyyədə – 2013-cü ildə İDEF sərgisində nümayiş etdirilən pulemyot unikal imkanlarına görə xarici analoqları ilə rəqabət aparır.

Hətta bəzi texniki-taktiki xüsusiyyətlərinə görə, İsrailin “Negev NG7” və Belçikanın “FN Minimi 7.62 Mk.3” pulemyotu ilə rəqabət aparacaq səviyyədədir.

HP-762 (1)

HP-7.62 hücum pulemyotu ilk dəfə İDEF-2013 beynəlxalq müdafiə sərgisində nümayiş olunarkən. Foto: AzeriDefence

MSN mütəxəssislərinin sözlərinə görə intensiv atəş zamanı qızan lülədən yaranan isti hava axınının nişanalmaya təsirini azaltmaq üçün lülənin üzərində istilik yayıcı tətbiq olunub.

Pulemyotun əl qundağı yüksək möhkəmliyə malik alüminium ərintidən hazırlanıb. Üst və yanlarda yerləşən piccatini relsləri silaha müxtəlif taktik aksessuarları əlavə etməyə imkan verir. Uzunluğu nizamlanan və yanağın qurulmasına imkan verən plastik qundağa sahib HP-7.62 pulemyotundan atəş qısa (10 atışa qədər), uzun (30 atışadək) qatarlarla və fasiləsiz aparıla bilər.

Silahın çəkisi isə 8.2 kq, nişangah məsafəsi 1000 metr, ümumi uzunluğu qundaq açıq vəziyyətdə 1080 mm, atəş tezliyi dəqiqədə 650-750 atış, döyüş atəş tezliyi dəqiqədə 250 atış təşkil edir.

Pulemyotda ayaq üstü atışlar zamanı atıcıya maneə yaratmamaq üçün xüsusi dizayna malik xəzinə hazırlanıb. Bundan başqa, silahda xüsusi dizayna malik dəstəkdən istifadə edilib ki, bu həm dayaq, həm də ayaqüstü atışlarda dəstək kimi istifadə olunur.

SONY DSC

HP-762 (3)

HP-762 (6)

HP-762 (2)