20/05/2014 11:41

Hərbi Akademiya “Tufan-2014” adlı virtual təlim keçirilir

Mayın 19-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında şərti “Tufan-2014” adlı hərbi oyunlar başlanıb. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Virtual təlimlərə Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabit və müəllim heyəti, təhsil alan zabit və mülki dinləyicilər cəlb edilib.

Keçirilən hərbi oynunların məqsədi strateji və taktiki səviyyələrdə əməliyyatların planlaşdırılması və icra edilməsi təcrübəsinin dinləyicilərə çatdırılması, verilən tapşırıqlara əsasən qərarların vaxtında qəbul edilməsi prosesinin öyrənilməsidir.

Hərbi oyunlar mayın 23-dək davam edəcək.