25/06/2015 21:04

Hərbi Akademiyada məzunların buraxılış mərasimi keçirilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasında akademiyanın məzunlarının növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinlin mətbuat xidmətindən məlumat verilib.

Buraxılış mərasimində Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdıraraq geniş məruzə ilə çıxış edib.

Sonra general-leytenant H.Piriyev və polkovnik Murad Həmidov tərəfindən məzunlara diplomlar və döş nişanları təqdim olunub.

Tədbirin sonunda Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu və Əməliyyat-taktiki fakültəsini yüksək nəticələrlə bitirmiş dinləyicilər akademiyanın yaş kötüyünə xatirə lövhəsini vurublar.