28/02/2014 04:31

Hərbi Ovçuluq İttifaqının nizamnaməsivə strukturu təsdiq edilib

Nazirlər Kabineti Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Nizamnaməsini və strukturunu təsdiq edib. Bu barədə “AzeriDefence”yə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin qərarı ilə yeni təşkilata ovçuları Cəmiyyətə üzv qəbul etmək və üzv olmaları barədə onlara üzvlük bileti vermək, hər il üçün ovçulardan üzvlük haqqının vaxtında ödənilməsini tələb etmək, “Xidməti və mülki silah haqqında”, “Ovçuluq haqqında” qanunları ilə müəyyən edilmiş qaydada ov silahını, atıcılıq sursatını, ovçuluq-balıqçılıq ləvazimatını, idman inventarını və digər ovçuluq əşyalarını almaq və satışını təşkil etmək, ovçuları müəyyən edilmiş normativ əsasında ov silahı üçün sursatla təmin etmək və s. səlahiyyətlər verilib.

Cəmiyyətin nizamnamə kapitalı 500 000 manat məbləğində müəyyən edilib.

Sənəddə Cəmiyyətin ali orqanı, Müşahidə Şurası, icra orqanı, daxili audit və maliyyə nəzarəti mexanizmi, və s. məsələlər əksini tapıb.