13/11/2018 18:01

Hücum əməliyyatında qarşılıqlı fəaliyyətin təşkili məşq etdirilib

Komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində hücum əməliyyatında qoşunların qarşılıqlı fəaliyyətinin, idarəedilməsinin və hərtərəfli təminatının təşkili məsələləri məşq etdirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hərb oyunlarına cəlb olunan vəzifəli şəxslərin təlimin əməliyyat şəraiti ilə bağlı məruzələri dinlənilib və qoşun qruplaşmalarının hücum üçün ilkin vəziyyəti tutmasına nəzarət təşkil olunub.