14/05/2013 09:05

Humanitar mina təmizləmə fəaliyyətində geodeziya ölçmələri mövzusunda təlim

İyulun 22-dən avqustun 2-dək Azərbaycanda Humanitar mina təmizləmə fəaliyyətində geodeziya ölçmələri mövzusunda təlim kursu keçiriləcək. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) birgə təşkil etdiyi təlimdə 15 nəfərin iştirakı planlaşdırılır. Təlim ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində təşkil olunacaq.

Qeyd olunan təlim kursunun əsas məqsədi coğrafi məkan məlumatları dəqiqliyi tələblərinin və şübhəli təhlükəli ərazilərin ləğv edilməsi prosesinin hər mərhələsində müvafiq toplama üsullarının istifadə edilməsinin təhlil edilməsidir.