29/06/2012 10:56

“Hürkuş” anqardan çıxdı

Türkiyənin TUSAŞ şirkəti tərəfindən dizayn olunmuş və istehsal edilmiş “Hürkuş” adlı ilk təlim təyyarəsi anqardan çıxarılıb. Bu barədə “AzeriDefence” TUSAŞ şirkətinin saytına istinadən məlumat verib.

TUSAŞ şirkəti tərəfindən bu münasibətlə təşkil olunmuş mərasimdə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan, Silahlı Qüvvələrin rəhbərliyi və digər şəxslər iştirak edib.

“Hürkuş” təyyarəsi bir sıra xüsusiyyətlərə malikdir. Şirkətin məlumatına görə, təyyarə vasitəsi ilə pilot təməl və əsas təhsil proqramına uyğun olaraq təlim uçuşları həyata keçirilə bilər. Təyyarə gecə və gündüz uca bilir və iki heyətlidir. Reaktiv təyyarəyə bənzəyişini təmin etmək üçün 1600bg.lik türboprop mühərriklə təchiz edilib. İstifadə edilən yeni texnologiyalarla yüksək performans və aşağı istehsal xərcinə malikdir.