30/08/2013 11:54

“Hürkuş”un uçuş testləri başladı – FOTOLAR

TUSAŞ şirkəti tərəfindən dizayn edilmiş “Hürkuş” Təməl Tədris Təlim Təyyarəsi avqustun 29-da ilk uçuşunu uğurla gerçəkləşdirib. Bu barədə “AzeriDefence”yə TUSAŞ şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Mülki Aviasiya Baş İdarəsi tərəfindən hıyata keçirilən yoxlamaların yekununda “Hürkuş”a uçuş icazəsi verilib və bununla təyyarənin test uçuşları başlayıb. “Hürkuş”un Avropa və dünya ölkələrinə satışı üçün Avropa Mülki Aviasiya Təşkilatı (EASA) tərəfindən də sertifikatlandırılacaq.

Bu gün səhər 07:30-da uçuş testlərinə start verilən “Hürkuş” 33 dəqiqə ərzində 9500 fut yüksəklikdə uçuş həyata keçirib. Planlamaya uyğun olaraq bütün uçuşu-eniş idarəetməsi açıq şəkildə yerinə yetirilib.

Uçuş TUSAŞ test pilotu Murad Özpala tərəfindən icra olunub.