09/01/2018 14:17

Husilər Səudiyyə Ərəbistanın F-15S döyüş təyyarəsini vurub – VİDEO

Yəməndəki husi üsyançıları daşınan zenit-raket kompleksi ilə Səudiyyə Ərəbistanın Hərbi Hava Qüvvələrinə məxsus F-15S tipli döyüş təyyarəsin vurub.

“AzeriDefence” “Kokpit.aero”ya istinadən F-15S döyüş təyyarəsinin termal kamera ile yerdən çəkilən vurulma anını təqdim edir.

Video görüntüdə, dünyanın ən müasir “hava-yer” döyüş təyyarələrindən olan F-15S-in uçuşu görünür. Daha sonra təyyarə yerdən atılan idarə olunan raketləri yayındırmaq üçün istilik aldadıcıları buraxır. istilik aldadıcıları ani parlama ilə yüksək istilik meydana gətirir. İstilik idarə olunan mərminin mühərrik yerinə yönəlməsinə səbəb olur.

Pilotun ciddi səhvə yol verdiyi görünür. Belə ki, forsaj verən pilot təyyarənin mühərriklərini maksimum həddə gətirkən arxadan çıxan istilik ən yüksək dərəcəyə çıxır. Belə olduqda istilik aldadıcıların təsiri itir. Nəticədə idarəolunan raket təyyarənin mühərrikini vurur.

Hadisə ilə bağlı Səudiyyə Ərəbistanı hələki, heç bir açıqlama verməyib.

Qeyd edək ki, bu hadisədə bir gün əvvəl Səudiyyə Ərəbistanın Hərbi Hava Qüvvələrinə məxsus “Tornado” döyüş təyyarəsi də Yəməndə qəzaya uğrayıb. Katapult edən iki pilot hadisə yerindən qaça bilib.