05/01/2019 00:28

IAI “Aeronautics”i alır

İsrail Aerospace Industries (IAI) “Aeronautics Defense Systems” şirkətinin satın alınmasını nəzərdən keçirir.

Bu barədə “AzeriDefence”nin İsrail mediasına istinadən məlumat verib.

Tel Əviv Fond Birjasının (TASE) bildirişində “Aeronautics”in IAI tərəfindən alınmasına dair danışıqların getdiyi qeyd olunub.

Qeyd edək ki, “Aeronautics” İsrailin dünyada tanınan pilotsuz uçuş aparatları istehsalçılarındandır. Şirkətin Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi ilə “Azad Systems” adlı birgə müəssisəsi fəaliyyət göstərir.