16/08/2017 13:47

İddia: Ukrayna bir sıra ölkələrə kontrafakt mühərriklər satıb

Ukraynanın Hindistan və Qazaxıstana zirehli texnikalar üçün kontrafakt mühərriklər satması üzə çıxıb.

“AzeriDefence”nin məlumatına görə, ukraynalı hərbi ekspert Diana Mixaylova bu günlərdə belə bir faktı ortaya çıxarıb.

Ekspert öz bloqunda yazır ki, 2015-ci ilin dekabr ayının ortalarına Hindistanda fəaliyyət göstərən “Engine Factory Avadi” adlı müəssisə BMP-2 tipli piyada döyüş maşınlarının modernləşdirilməsi layihəsində ehtiyac duyulan UDT-29 mühərriklərinin tədarükü ilə bağlı Ukraynanın S.M. Kirov adına dizel mühərriklərin istehsalı Zavodu”na müraciət edib. Hansı ki adıçəkilən UDT-29 mühərrikləri Ukrayna ərazisində istehsal olunmur. Məlumat üçün bildirək ki, bu mühərrik Rusiya Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədi ilə hazırlanıb və müstəsna istehsal hüququ “Barnaultransmaş” Səhmdar Cəmiyyətinə aiddir.

“Rusiya müəssisəsi UTD-20 seriyalı mühərriklərin dünyada yeganə istehsalçısıdır. Ortaya çıxan suallardan biri də budur ki, müəssiə xaricdə  mühərriklərin istehsalına lisenziya veribmi? Xüsusi halda, sual yaranır ki, “Ukrspeseksport” dövlət şirkəti yüngül zirehli texnika üçün UTD mühərriklərinin istehsalı lisenziyasına malikdirmi”, – ekspert qeyd edib.

Qazaxıstanın nümayəndələrinə istinad edən ekspert yazıb ki, 2014-cü ildə “Ukrspeseksport” № 31/03-14D müqaviləsinə uyğun olaraq Qazaxıstanın Müdafiə Nazirliyinə 11 ədəd  UTD-20 mühərriyi satıb. İxrac edilən mühərriklərin seriya nömrələri: 2E01YuEPF4916-2E01YuEPF4926.

“Barnaultransmaş” Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən aparılan ekspertizadan sonra müəyyən edilib ki, müəssisədə mühərriklərin bu seriyası hazırlanmır. Ancaq 2006-cı ilin iyununda zavod Rusiya Müdafiə Nazirliyinin Penza şəhərində yerləşən 75053 nömrəli hərhi hissəsinə 11 mühərrikin çatdırılmasını həyata keçirib. Hansıların ki, nömrələri son 4 rəqəm üzrə göstərilən nömrələrə qismən uyğun gəlir.

Rusiya müəssisəsinin rəhbərliyi həmçinin qeyd edib ki, 2014-cü ilə qədər Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi üçün işləyən şirkətlərdən dəfələrlə müraciətlər olmasına baxmayaraq Qazaxstan tərəfi son anda öz niyyətindən imtina edib. Ehtimal ki, bu mühərriklərin Ukrayna analoqlarını alıb.

Kirov adına zavodun indiki halı

Ekspert onu da bəyan edib ki, bütün hallarda reallıq ondan ibarətdir ki, UDT-29 markalı mühərriklər Ukraynada istehsal edilmir. Bu güc aqreqatı Rusiya müdafiə sənayesinin hazırlamasıdır.

Ekspert qeyd edib ki, Rusiya tərəfinin araşdırmaları zamanı məlum olub ki, Ukrayna şirkətləri müxtəlif ölkələrdəki qurama firmalar vasitəsi ilə Rusiyadan 50 ədəd UTD-29 mühərriki alıb, daha sonra onu Hindistana satmaq istəyiblər. Ekspert iddia edir ki, Kirov adına zavod hətta bu mühərriklərin kotrafakt istehsalını həyata keçirmək niyyətində olub.