28/11/2018 10:37

İDEAS-2018: JF-17 təyyarəsi ilə bağlı danşıqlar yekun mərhələsindədir – ÖZƏL

Azərbaycan və Pakistan arasında JF-17 döyüş təyyarələrinin alğı-satqısına dair aparılan danşıqlar yekun mərhələsindədir.

Bu barədə İDEAS-2018 sərgisində iştirak edən “AzeriDefence” jurnalının əməkdaşına “Pakistan Aeronautical Complex” (PAC) təşkilatından məlumat verilib.

PAC nümayəndələri bildirib ki, artıq təyyarənin Azərbaycana ixracı ilə bağlı olan mövcud problemlərin hamısı həllini tapıb və təyyarənin Azərbaycanın istədiyi JF-17 Blok II konfiqurasiyası da artıq sınaqlarını başa çatdırıb. Pakistan Hərbi Hava Qüvvələri tərəfindən Blok II versiyası artıq bir müddətdir istifadə olunur və uçuşlar zamanı özünü doğruldub. Azərbaycan Hərbi Hava Qüvvələri də bu versiyanın bir müddət Pakistan HHQ tərəfindən istifadəsini gözləyirdi.

Blok II təyyarələrinin bir sıra üstünlükləri var. Ən mühüm üstünlüklərindən biri də havada yanacaqdoldurma imkanının mövcudluğudur. Eləcə də təyyarənin avionika və radioelektron müdafiə sistemləri təkmilləşdirilib və Blok II versiyası AESA radarı ilə təchiz edilib. Azərbaycan tərəfi hazırda həm Çin, həm də İtaliya istehsalı olan AESA radarlarını nəzərdən keçirir.

Qeyd edək ki, JF-17 döyüş təyyarəsinin yeni konfiqurasiyası ilə bağlı detallı məqalə “AzeriDefence” jurnalının növbəti sayında yayımlanacaq.