30/10/2018 20:32

İDEAS-2018: Pakistan JF-17 “Bravo”nu nümayişə çıxarır

Pakistan Aeronautical Complex (PAC KAMRA) təşkilatı JF-17 “Thunder” döyüş təyyarəsinin yeni konfiqurasiyası olan JF-17 “Bravo”nu ilk dəfə beynəlxalq səviyyədə nümayiş etdirəcək.

“AzeriDefence”nin əldə etdiyi eksklüziv məlumatına görə, JF-17 “Bravo” noyabrın 27-dən 30-dək Karaçi şəhərində İDEAS-2018 beynəlxalq müdafiə sərgisində ilk dəfə nümayiş etdiriləcək.

JF-17 “Bravo” sələfi JF-17 “Thunder”dən bir çox funksiyalarına və xarici dizaynına görə fərqlənir və JF-17-lərin yeni nəslidir. İki yerli təyyarə təlim və döyüş təyyarəsi kimi istifadə edilə biləcək.