27/11/2018 12:24

İDEAS-2018: Ramiz Tahirov JF-17 təyyarəsinin yeni versiyası ilə tanış olub

Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov Pakistanın Karaçi şəhərində keçirilən İDEAS-2018 10-cu Beynəlxalq Müdafiə Sərgisi və Seminarında iştirak edir.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, sərgi çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov, Pakistan Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Mujahid Ənvər Xan ilə görüşüb.

Komandan daha sonra sərgidə iştirak edən şirkətlərin stendlərini ziyarət edib. Türkiyənin ROKETSAN, o cümlədən ASELSAN və digər şirkətlərdə olub. Ramiz Tahirov həmçinin, Pakistan şirkətlərinin stendlərinə də baş çəkib, JF-17 döyüş təyyarəsinin yeni versiyası olan Blok II “Charlie” ilə tanış olub.

Qeyd edək ki, “Charlie” havada yanacaqdoldurma imkankarına malikdir. Bununla əlaqədar təyyarənin uçuş zamanı havada yanacaqdoldurması üçün burun hissəsində xortum quraşdırılıb.