27/04/2015 15:09

İDEF-2015 sərgisinə sayılı günlər qaldı

Azərbaycanın hərbi qurumlarının rəhbərləri sərgiyə qatılacaqlarTürkiyə İDEF-2015 XII beynəlxalq müdafiə sənayesi sərgisinə hazırlıqları yekunlaşdırmaq üzərədir.

“AzeriDefence”nin məlumatına görə, 32 ölkədən 404 firmanın qatılacağı sərginin açılışında 46 ölkədən 135 rəsmi heyət iştirak edəcək.

Türkiyə Milli Müdafiə Nazirliyinin himayə və dəstəyi, Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun (TSKGV) idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçiriləcək sərgi mayın 5-dən 8-dək davam edəcək.

Sərgidə Azərbaycandan iştirakçı qismində Müdafiə Sənayesi Nazirliyi və media tərəfdaş olaraq “Azeri Defence” jurnalı iştirak edəcək. İDEF-2015 sərgisində MSN-i müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Sərginin açılışına ziyarətçi qismində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyətləri qatılacaq.

Qeyd edək ki, “Azeri Defence” jurnalının ingiliscə İDEF Xüsusi Buraxılışı sərgi iştirakçılarına paylanacaq.