09/05/2017 12:00

İDEF-2017 sərgisi başlayıb – FOTOLAR

Türkiyənin İstanbul şəhərində 13-cü İDEF-2017 beynəlxalq müdafiə sərgisi işə başlayıb.

“AzeriDefence”nin məlumatına görə, Azərbaycan MSN-in də iştirak etdiyi sərginin açılışını Türkiyənin baş naziri Binəli Yıldırım  edib.

Sərginin açılış mərasimi bitdikdən sonra Ərdoğan Türkiyə şirkətlərinin stendlərinə baş çəkib, bir sıra yeni maşınların və silah sistemlərinin təqdimatında iştirak edib.

Sərgidə Azərbaycanı MSN iştirkçı qismində təmsil edir. Sərginin media tərəfdaşları araında üçüncü dəfədir “Azeri Defence” jurnalı da yer alır.

Sərgidə ziyarətçi qismində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nümayəndə heyət, həmçinin FHN, DİN və DSX-nin nümayəndə heyətləri ştirak edirlər.

Sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir. Bu məhsullaın arasında “Tufan” MRAP, “Vaşaq” snayper tüfəngi, müxtəlif çaplı artilleriya mərmiləri, PUA-ların maketləri var.