27/04/2019 16:11

İDEF-2019: “Asis Guard” pulemyotla silahlandırılmış PUA-nı təqdim edəcək

Türkiyənin “Asis Guard” şirkəti pulemyotla silahlandırılmış multikopter tipli pilotsuz uçuş aparatı (PUA) istehsal edib.

Bu barədə “AzeriDefence”yə “Asis Guard” şirkətindən məlumat verilib.

“Sonqar” adlanan PUA ilk dəfə olaraq 30 aprel 3 may tarixlərində İstanbul şəhərində İDEF-2019 sərgisində nümayiş etdiriləcək.

Şirkətdən bildirilib ki, PUA gecə və gündüz hər cür hava şəraitində istifadə edilə bilər. Görüntüləri onlayn rejimdə operatora ötürən PUA-nın uçuş radiusu 10 km, uçuş tavanı 2800 metr, pulemyotun döyüş ehtiyatı 200 patrondur.

Pulemyotun PUA-ya inteqrasiyası üçün şirkət tərəfindən xüsusi atış stabilləşdirmə sistemi hazırlanıb.